İnterpress.az xəbər verir ki, namizədliyinin bu vəzifəyə görə nəzərdən keçirilməsi onu məmnun edib. Lakin o, hesab edir ki, veteranlarla işləmək daha faydalı olacaq.
Qeyd edək ki, Milli İncəsənət Fondu incəsənət təşkilatları arasında dövlət qrantlarının paylaşdırılmasına görə cavabdehdir.
Xatırladaq ki, ötən gün Trampın Silvesterı siyasətə cəlb etmək niyyətində olması ilə bağlı xəbərlər yayılıb. Prezident bu barədə aktyora rəsmi müraciət etməsə də, Silvesterlə yaxından tanış olduğunu və onu da öz ətrafında gördüyünü bildirib.
Bir müddət əvvəl isə Donald məşhur repçi Kanye Uestlə görüşüb. Bəzi mənbələr ABŞ liderinin repçiyə prezident administrasiyasında vəzifə verəcəyini qeyd ediblər.
İnterpress.az