İnterpress.az \”Qazeta Ru\”ya istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi, Rusiyanın Ankaradakı səfirinin öldürülməsi hadisəsinin arxasında Amerikanın olduğu iddialarına sərt reaksiya göstərib.
Gündəlik brifinqdə jurnalistlərin suallarını cavablandıran Con Kirbi deyib ki, istintaq işi bitmədən edilən erkən dəyərləndirmələr heç kimə fayda gətirməz: \”Səfir Andrey Karlovun ölümündən ciddi kədər duyduğumuzu və hadisəni qınadığımızı bildirmək istəyirəm. Təəssüf ki, bu hadisənin arxasında Amerikanın dayandığını iddia edən bəzi xəbərlər oxuduq\”.
\”Guya Andrey Karlov Amerikanın dəstəklədiyi və hazırda Pensilvaniyada yaşayan Fətullah Gülənin əmri il öldürülüb. Ancaq bir şeyi unutmaq olmaz ki, istintaq bitmədən edilən erkən dəyərləndirmələr heç kimə fayda gətirməz. Əksinə, əlaqələri korlayar\”, — spiker vurğulayıb.
İnterpress.az