Diplomatların təhlükəsizliyinə görə Ankara cavabdehdirbackend

Diplomatların təhlükəsizliyinə görə Ankara cavabdehdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Kremlin mətbuat katibi \”Necə ola bilər ki, səfir Andrey Karlovun gücləndirilmiş mühafizəsi olmayıb?\”-sualını cavablandırarkən bu bəyanatla çıxış edib.

Səfirin qətlindən sonra Rusiya prezidenti Vladimir Putin ölkə sərhədlərindən kənarda xidmət göstərən diplomatik nümayəndələrin mühafizəsinin gücləndirilməsi barədə tapşırıq verib.

Peskov deyib: \”Çox güman ki, bizim diplomatik nümayəndələrin təhlükəsizliyi daimi əsaslarla təmin edilir. Ölkə prezidenti bu dəhşətli qətldən sonra xüsusi xidmət orqanlarına və xarici işlər nazirliyinə əlavə tədbirlər görmək barədə tapşırıqlar verib.

Diplomatik münasibətlərə aid Vyana konvensiyasına əsasən diplomatik korpusun təhlükəsizliyinə görə missiyanın fəaliyyət göstərdiyi dövlət məsuliyyət daşıyır. Məhz bu səbəbdən dünən Putin Türkiyədə fəaliyyət göstərən diplomatik missiya və konsulluqların təhlükəsizliyinin təminatı üçün rəsmi Ankaradan təminat almağın vacibliyini qeyd etmişdi. Bizimlə həmrəy olan hərkəsə minnətdarıq. Eyni zamanda, Belarusiyalı həmkarlarımızdan başsağlığı aldığımızı da qeyd edirəm\”.

İnterpress.az