Rusiyalı diplomata 11 atəş açılıbmış…backend

Rusiyalı diplomata 11 atəş açılıbmış…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə məlumat Türkiyənin Məhkəmə Tibb Ekspertizasıtərəfindən açıqlanıb.

Qurumun məlumatında bildirilir ki, polis əməkdaşı Mert Altıntaş diplomata silahdan 11 dəfə atəş açıb. Səfir Andrey Karlova isə 9 güllə dəyib.
Hadisə yerindəki kamera qeydlərinə görə də Altıntaşın 11 dəfə atəş acıdığı dəqiqləşib.

Hadisənin baş verməsindən sonra zərərsizləşdirilən Mert Altıntaşın istifadə etdiyi silahın NATO standartlarında, 9×19 kalibrli, maqazin tutumu 15 + 1, 18 + 1, 20 + 1 olaraq dəyişən \”Canik” marka olduğu da aydınlaşıb.

Xatırladaq ki, Mert həmin gün işə getməmək üçün icazə alıb.
Altıntaşın hücumun meydana gəldiyi Müasir Sənətlər Mərkəzinin arxasında olan bir oteldə qaldığı ortaya çıxıb.

Qeyd edək ki, sui-qəsdçi Mert Altıntaş 1994-cu ilin iyunun 24-də anadan olub. O, 2012-ci ildə İzmir Rüştü Ünsal Polis Məktəbinə daxil olub, oranı bitirdikdən sonra çevik qüvvət polisi olaraq vəzifəyə başlayıb. Altıntaş 2 ildən çoxdur ki, Ankara Təhlükəsizlik Çevik Qüvvət Şöbə Müdirliyində çalışıb.

İnterpress.az