Azərbaycandan qızıl külçələr çıxarmaq istədilərbackend

Azərbaycandan qızıl külçələr çıxarmaq istədilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Dövlət Təhlükəsizliyi Xidmətinin saytına istinadən xəbər verir ki, 2016-cı il dekabr ayının 18-də Biləsuvar gömrük idarəsinin gömrük keçid məntəqəsindən gömrük nəzarətindən gizli ümumi çəkisi 2 kiloqram 145 qram olan qızıl külçələri və digər qızıl məmulatlarını xarici ölkə vətəndaşları ilə sövdələşərək ölkədən çıxarmaqda şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları – F.Allahverdiyev, F.Məmmədov, Ə.Rəhimov, E.Hüseynov və E.Seyidov saxlanılıb.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

İnterpress.az