16 yaşlı azərbaycanlı beş hotelə basqın edibbackend

16 yaşlı azərbaycanlı beş hotelə basqın edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Virtualaz.org-a istinadən xəbər verir ki, 16 yaşlı azərbaycanlı yeniyetmə 10 gün ərzində Hamburq şəhərinin qərb hissəsində beş hotelə və iki supermarketə silahlı basqın edib.

Qara maskada hotellərə və supermarketlərə gələn gənc kassirləri bıçaqla hədələyərək pul tələb edib.

Hamburq polisinin mətbuat katibi Tanja fon der Axe qeyd edib ki, beş soyğunçuluq hadisəsində həmin azərbaycanlı \”orta məbləğlərdə” pul aparmağa nail olub, ikisində isə əliboş dönüb.

Polisin bildirdiyinə görə, ilk basqın dekabrın 5-də törədilib. Həmin hadisədən sonra polis cinayətkarın izinə düşsə də, ona saxlaya bilməyib.

Nəhayət ötən həftə sonu hüquq-mühafizə orqanlarının əməkdaşları soyğunçunun kimliyini və qaldığı yeri müəyyən edib. Məhkəmənin çıxardığı həbs qərarı əsasında polis gənc azərbaycanlını saxlayıb.

İnterpress.az