Daha əvvəl YUNİCEF-in Hələbdəki anonim həkimi məlumat yaymışdı ki, 47 uşaq dağıdılmış binada köməksiz vəziyyətdə qalıb. Bir müddət sonra, uşaqların yeri dəqiqləşdirilərək təhlükəsiz bölgəyə aparılmışdı.
Hazırda bu uşaqların səhhəti kritik vəziyyətdədir. Çünki uzun müddət həm yaralı, həm də ac-susuz qalıblar.
YUNİCEF onlara təcili tibbi yardım göstərməyə davam edir. Artıq bu uşaqlar isti geyimlərlə də təmin olunub.
İnterpress.az