İnterpress.az \”Vesti Ru\”ya istinadən xəbər verir ki, Meksikanın Tulpetek şəhərindəki bir fişəng mağazasında meydana gələn partlayışda 29 nəfər ölüb, 60-dan çox yaralı var. Meksika Baş prokuroru Alejandro Qomez San Pablito ölü sayının artacağından narahat olduğunu bildirib.
Meksika prezidenti Enriki Pena Nieto ictimai media üzərindən mesaj paylaşaraq ölənlərin ailələrinə başsağlığı verib. Dövlət başçısı yaralılara isə tez bir zamanda sağalmaları üçün şəfa diləyib.
İnterpress.az