Bu barədə terrorçuların internet yazışmasını izləyən “SITE Intel Group” təşkilatı sosial şəbəkədə məlumat verib. Məlumatda qeyd olunub ki, Almaniyada 12 nəfərin ölümünə səbəb olan terror aktı “İŞİD” silahlısının əl işidir.
Sözügedən məlumat “İŞİD”in “Amak” informasiya agentliyi tərəfindən yayılıb. Burada deyilir ki, Berlin terrorçusu “İŞİD”in ABŞ-ın başçılıq etdiyi beynəlxalq antiterror koalisiyasında iştirak edən ölkələrə qarşı hücum çağırışına cavab verib.
Dekabrın 19-da Berlində yük maşını sürücüsü idarəetdiyi maşını bayram yarmarkasına toplaşan insanların üzərinə sürüb. Nəticədə çox sayda insan həlak olub və ağır xəsarətlər alıb.
İnterpress.az