İnterpress.az Xarici mətbuata istinadən xəbər verir ki, İran prezidenti Sarkisyanın dəvətilə bu ölkəyə səfər edib. Ruhanini “Zvartnots” hava limanında Serj Sarkisyan şəxsən qarşılayıb.
Səfəri zamanı İran prezidenti ermənistanlı həmkarı və Baş nazir Karen Karapetyan ilə görüşəcək. Ermənistan prezidentinin iqamətgahında yüksək səviyyədə Ermənistan-İran danışıqları baş tutacaq. Danışıqlar başa çatdıqdan sonra ikitərəfli əməkdaşlığın dərinləşməsinə istiqamətlənmiş sənədlərin imzalanma mərasimi nəzərdə tutulub.
Danışıqların yekunlarına dair Sarkisyan və Ruhani KİV nümayəndələri qarşısında bəyanatlarla çıxış edəcəklər. Ölkə prezidentlərinin Ermənistanda keçiriləcək biznes-forumda iştirakı da planlaşdırılır.
İnterpress.az