İnterpress.az-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında Ağcabədi şəhərində, Səfa Qəhrəmanov küçəsində yerləşən evdə qeydə alınıb.
Rayon sakini, 1985-ci il təvəllüdlü Qasımova Afaq Tofiq qızı mətbəxdə qaz sobasını yandıran zaman partlayış baş verib.
Yanıq xəsarətləri alan qadın Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Orada A. Qasımovaya 2-ci və 3-cü dərəcəli yanıq diaqnozu qoyulub və Bakıdakı Respublika Yanıq Mərkəzinə göndərilir.
İnterpress.az