Azərbaycan və erməni müğənniləri birgə səhnədə – VİDEObackend

Azərbaycan və erməni müğənniləri birgə səhnədə – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Virtualaz.org-a istinadən xəbər verir ki, Davidov \”Ermitaj\” restoranında öz oğulunu ad gününü keçirib və müxtəlif millətlərin musiqiçilərini – azərbaycanlıları, erməniləri və gürcüləri ora dəvət edib.

Mərasimdə Azərbaycanı axşamın əsas “musiqi simalarından” olan Ceyhun Bakinski, eləcə də Xəyyam Nisanov və Rafael Hacıyev təmsil ediblər. Bizim ifaçılar Azərbaycan dilində çoxlu mahnılar oxuyub, həmçinin tamaşaçıları \”Bakı şansonu\” janrının kompozisiyaları ilə sevindiriblər.

Gecədə Azərbaycan triosu bir neçə mahnı ifa etdikdən sonra “Dolya vorovskaya”nı da oxumağa başlayıb və bu zaman maraqlı olay baş verib. David Davidovun dostu olan bir neçə erməni və gürcü müğənnisi də səhnəyə çıxıb.

Gürcülər həmin mahnını gürcü dilində ifa etməyə başlayıblar. Bundan sonra erməni müğənni də mahnını öz dilində davam etdirmək istəyib. Amma bu vaxt Ceyhun Bakinski mikrofonu erməni müğənniyə verərək səhnəni tərk edib (videonun son saniyələrinə baxın). Azərbaycan müğənnisinin \”Facebook” səhifəsindən paylaşılan birbaşa yayım da məhz elə həmin andan kəsilib…

Erməni müğənnisi Anqelina Kaplan da səhnəyə çıxıb və başqa nəğmələrlə bərabər, \”Yerevan\” mahnısını da ifa edib.

Zalda daha bir məşhur klarnet ifaçısı, Bakı ermənisi Mixail Mirzabekov da olub və o, Azərbaycan müğənnilərini fəal alqışlayaraq melodiyalarımız altında rəqs edib.

İnterpress.az