Çobanlar Daşkəsən sakininə fiziki zorakılıq edibbackend

Çobanlar Daşkəsən sakininə fiziki zorakılıq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az -ın verdiyi məlumata görə, Ceyrançöldə çobanlıq edən Daşkəsən rayon Qazaxyolçular kənd sakini, 1991-ci il təvəllüdlü Elşən Nağıyev kəllə-beyin travması xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir. O, əmisinin yanında işləyən çobanların fiziki zorakılığına məruz qaldığını deyib.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az