İnterpress.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov məlumat verib.
Onun sözlərinə görə, bu günə qədər Şaxta baba və Qar qız kimi fəaliyyət göstərmək üçün departamentə 10 cüt müraciət edib. Həmin müraciətlərə müsbət cavab verilib və onlar bu gündən fəaliyyətə başlayıb:
\”Müraciətlər daxil olur. Yeni ilə qədər yəqin ki bu cütlüklərin sayı artacaq. Hələlik daxil olan digər müraciətlərə baxılır\”.
İnterpress.az