İnterpress.az xəbər verir ki, Milli Məclisdən verilən məlumata görə, iclasın gündəliyinə 25 məsələ daxildir. Bunlar vergi ödəyicilərinin 2017-ci il yanvarın 1-ə qədər olan vergi borclarının ləğvi barədə layihə, İnzibati Xətalar, Mülki Prosessual, Şəhərsalma və Tikinti məcəllələrinə, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında”, “İcra haqqında”, “Büdcə sistemi haqqında”, “Notariat haqqında” və sair qanunlara dəyişikliklər, o cümlədən Dünya Azərbaycanlılarının Həmrəylik GÜnü ilə bağlı Milli Məclisin müraciətinin təsdiq edilməsidir.
İnterpress.az