İnterpress.az xəbər verir ki, bu barədə “Jamanak” nəşri məlumat yayıb.
“Ohanyana bütün Koçaryan tərəfdarları tərəfindən siyasi güclərdə mərkəz rolu verilib. Həmçinin yaxın vaxtlarda Ermənstanın hakim Respublika Partiyasının bir sıra üzvlərinin partiyadan çıxacağı və yeni hərəkata qoşulacağı gözlənilir.
Bizdə olan məlumata görə, Vardan Oskanyan Robert Koçaryanı və Viktor Dallakyanı onların hərəkatına qoşulmağın önəmli olduğuna inandırıb. Ona belə çıxır ki, Seyran Ohanyan mövcud siyasi güclərə deyil, əksinə siyasi güclər Seyran Ohanyana qoşulacaq”, – deyə “Jamanak” yazır.
İnterpress.az