İnterpress.az-ın verdiyi xəbərə görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmə kollegiyasının hökmü ilə N.Orucov 3 il sınaq müddəti olmaq şərti olaraq azadlıqdan məhrum edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, N.Orucov zərərçəkənə müxtəlif vədlər verərək 15 min manat pulunu alaraq qaytarmayıb.
İnterpress.az