Kubok oyunlarına 3200 manat cəriməbackend

Kubok oyunlarına 3200 manat cərimə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, iclasda Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunlarında yol verilən qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib:

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunu olan “Zirə” – “Neftçi” matçında “Zirə”nin 4 futbolçusu sarı vərəqəylə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Oyunun 64-cü dəqiqəsində “Neftçi”nin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 800 manat cərimə olunub.

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunu olan AZAL – “Qəbələ” matçında AZAL-ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunu olan “Kəpəz” – “İnter” matçında “Kəpəz”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

İnterpress.az