Milli Məclisin bu il üçün son iclasının GÜNDƏLİYİbackend

Milli Məclisin bu il üçün son iclasının GÜNDƏLİYİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu deyib.

A.Təvəkküloğlu əlavə edib ki, parlamentin payız sessiyasının son plenar iclasının gündəliyinə 25 məsələ daxil edilib.

O deyib ki, hər ilin payız sessiyasının son iclasında “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” münasibətilə dünya azərbaycanlılarına Milli Məclis adından müraciət göndərilir və o təsdiq olunur.

Gündəlikdə bir sıra qanunlara dəyişiklər də nəzərdə tutulur. Bunlar aşağıdakılardır:

“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixindən mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” qanun layihəsi;
“Əhalinin radisasiya təhlükəsizliyi haqqında” qanuna dəyişiklik;
“Tarix və Mədəniyyət abidələrinin qorunması haqqında” qanuna dəyişiklik;
“Ətraf mühitin mühafizəsi haqqında” qanuna dəyişiklik;
“Nəşriyyat işi haqqında” qanuna dəyişiklik;
“Lotereyalar haqqında” qanuna dəyişiklik;
“Təhsil haqında” qanuna dəyişiklik;
“Yaşayış yeri və ya olduğu yer haqqında” qanuna dəyişiklik;
“Qaçqınların və məcburi köçkünlərin, ölkə daxilində köçürülmüş şəxslərin statusu haqqında” haqqında qanuna dəyişiklik
“Büdcə sistemi haqqında” qanuna dəyişiklik;
Vergi Məcəlləsində dəyişiklik;
İnzibati Xətalar Məcəlləsində dəyişiklik;
“Notariat haqqında” qanuna dəyişiklik;
“İcbari sığortalar haqqında” qanuna dəyişiklik;
“Yol hərəkəti haqqında” qanuna dəyişiklik;
Mülki Məcəllədə dəyişiklik
“Şəhərsalma və tikinti məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanuna dəyişiklik;
Mülki Prosessual Məcəllədə dəyişiklik;
“İcra haqqında” qanuna dəyişiklik;
Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə \”Milli Məclisinin müraciətinin təsdiq edilməsi haqqında” sənədin müzakirəsi.(modern)

İnterpress.az