Yeni ildə əfv olmayacaqbackend

Yeni ildə əfv olmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu BakiPost.az-a açıqlamasında Prezident yanında Əfv Komissiyasının üzvü, hüquqşünas Əliməmməd Nuriyev deyib. Onun sözlərinə görə, bu il xeyli sayda məhkum azad olunub: \”Faktiki olaraq hər il bayramlar ərəfəsində əfv sərəncamları verilir. Amma bu o zaman baş verir ki, həmin il boyu əfv sərəncamları əsasən imzalanmasın. Bu il isə ərzində Azərbaycanda mart ayında əfv sərəncamı verilib, mayda isə amnistiya haqda qərar qəbul edilib. İki qərar nəticəsində Azərbaycanda bütövlükdə 11 minə yaxın şəxs cəzadan azad edilib. Onlar arasında 3100 nəfər azadlıqdan məhrum etmə cəzasından azad edilib. Bu il bütövlükdə 2 minə yaxın şəxs cəzadan azad edilib, ya da cəza rejimi yüngülləşdirilərək başqa müəssisəyə keçirilib”.

Hüquqşünas bildirib ki, ölkədə 2016-ci il ərzində cəzadan azad edilənlərin sayı 13 minə yaxın olub: \”Yetərincə az olmayan sayda şəxs cəzadan azad olunub. Bu baxımdan tez-tez sərəncamlarının verilməsinə görə əfv olmaya bilər. Amma əfv sərəncamının verilməsi prezidentin səlahiyyətində olan məsələdir. Ona görə bir fikir söyləmək çətindir”.

İnterpress.az