Heykəl valiliyin qarşısındakı meydana daşınacaq.
Əraziyə gələn Atatürkçü Düşüncə Dərnəyi Başçısı Ömər Torpaq bildirib ki, bu gün Türkiyə üçün qara gündür.
Heykəlin götürülməsi dərnəyin üzvlərinin və yerli sakinlərin narazılığına səbəb olub. Onlar Atattürkü heç cürə yaddaşlardan silə bilməyəcəklərini bildiriblər.
Gərginliyin artmasının qarşısını almaq üçün, işçilər tikinti sahəsindən uzaqlaşdırılıb.
Atatürkün heykəlinin yerində 15 iyul şəhidlərinin abidəsi qoyulacaq.
İnterpress.az