Hadisə şəhərin Dədə Qorqud küçəsi, bina №1-də baş verib. 1999-cu il təvəllüdlü Təzəgül Əliyeva 5-ci mərtəbənin eyvanında paltar asarkən oradan yerə yıxılıb.
Ağır bədən xəsarətləri alan qız xəstəxanaya yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır. ( apa )
İnterpress.az