Dövlət Gömrük Komitəsindən İnterpress.az-a bildirlib ki, bunlar əsassız, həqiqətə uyğun olmayan məlumatlardır.
“Yayılan bu cür informasiyaların heç bir əsası yoxdur. Belə ki, bütün növ spirtli içkilər qanunvericilikdə nəzərdə tutulmuş qaydada gömrük nəzarətindən keçirilir və gömrük rəsmiləşdirilməsi üçün lazım olan sənədlər qanunvericiliyin tələblərinə tam cavab verdikdən sonra respublikamıza idxal olunur. Əgər məhsulun keyfiyyətinə dair şübhə yaranarsa Mərkəzi Gömrük Ekspertizası İdarəsində həmin məhsul dərhal yoxlanılır.
Onu da qeyd edək ki, məsələ ilə bağlı DGK Aksiz Baş Gömrük İdarəsi Kliniki Tibbi Mərkəzə rəsmi məktubla müraciət etmiş və sorğuya cavab olaraq Mərkəzdən bildirilmişdir ki, Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə 2016-ci il ərzində spirtli içki ilə qəbul olunan xəstələrdə ölüm hadisəsi qeydə alınmamışdır”.
İnterpress.az