İnterpress.az xəbər verir ki, İsmayıl Cəsur adlı şəxsin saxladığı danalardan biri qəflətən halsızlaşıb. Heyvanın vəziyyətinin günü-gündən daha da pisləşdiyini görən sahibi onu kəsmək qərarına gəlib. Lakin kəsim zamanı gördüyü mənzərə qarşısında şoka düşüb. O, dananın ətini sümüyündən ayıran vaxt heyvanın mədəsində içi pulla dolu paket olduğunu görüb. Paketin içində 1900 lirə olduğu deyilir.
İndiyə qədər çox sayda heyvan saxladığını, onlarla heyvan kəsdiyini deyən İsmayıl Cəsur ilk dəfədir ki, belə halla qarşılaşdığını deyib.
İnterpress.az