İnterpress.az \”Hürriyet\”ə istinadən xəbər verir ki, Ebru Gündeş 6 illik həyat yoldaşı, hazırda ABŞ-da həbsdə olan azərbaycanlı iş adamı Reza Zərrabla boşanmaqdan imtina edib.
Müğənni bu barədə WhatsApp profilinə yazıb. Reza ilə olan şəklini öz profilinə yükləyən Ebru Gündeş “hər şeyi zamana buraxdıq” deyə yazı qeyd edib. Xatırladaq ki, Reza Zərrab bu ilin mart ayında Amerikada həbs olunduqdan 6 ay sonra, yəni sentyabrda Ebru Gündeş onunla boşanmaq haqda məhkəməyə müraciət etmişdi. Müğənni məhkəməyə ərizə yazsa da, bu işin arxasınca sonadək getməyib.
İnterpress.az