Naxçıvan – Məşhəd sürət qatarı hərəkətə başlayırbackend

Naxçıvan – Məşhəd sürət qatarı hərəkətə başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə \”Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib.
O deyib ki, sürət qatarı dördüncü və bazar günləri olmaqla həftədə iki dəfə hərəkətdə olacaq:

\”Naxçıvan və Culfa stansiyalarında sərnişinlərin gömrük və sərhəd buraxılışı qeydiyyatının asanlaşdırılması məqsədi ilə müasir avadanlıqlar quraşdırılıb. Marşrut üzrə sərnişin biletlərini 24 dekabr tarixdən etibarən Naxçıvan və Culfa dəmir yolu stansiyalarında yerləşən kassalardan əldə etmək olar. Sərnişinlər həmin kassalardan həm də geriyə qayıtmaq üçün bilet ala biləcəklər. Sürət qatarı Naxçıvan Culfa, Təbriz, Tehran və Məşhəd marşrutu üzrə hərəkət edəcək”.

S.Qədirova qeyd edib ki, Naxçıvandan Məşhədə qədər gediş haqqı 40 İsveçrə frankı təşkil edir:
\”Gediş haqqı tarifinə yataq dəstindən istifadənin dəyəri və bütün yığımlar daxildir. Əks-istiqamət üzrə də tariflər eynidir. Tariflər satış tarixində İsveçrə frankının manata olan məzənnəsi ilə müəyyən edilir”.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında beynəlxalq sərnişin qatarının fəaliyyətə başlaması \”Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi haqqında” 2016-cı il fevralın 23-də Tehran şəhərində imzalanmış Çərçivə Sazişində öz əksini tapıb.

Sözügedən marşrut iki ölkə arasında dostluq, dəmir yolu və turizm əlaqələrinin davamlı inkişafına da dəstək olacaq.

İnterpress.az