İnterpress.az-ın xarici KİV-ə istinadən məlumatına görə, əri Jared Kuşer və 3 uşağı ilə “Jetblue” hava yollarına məxsus təyyarə ilə Nyu-Yorkdan San-Fransiskoya gedən İvanka təyyarədə Dan Goldstein adlı sərnişin tərəfindən təhqirlərə məruz qalıb.
İddialara görə, sərnişin Trampa: “Sənin atan bu ölkəni məhv edəcək” kimi şüarlar səsləndirib.
Elə bu səbəbdən İvanka və ailəsi təyyarədən enərək, Havay adalarına gedən xüsusi jetə miniblər.
İnterpress.az