Kəndlərimizdə İran nömrələri işlədirlərbackend

Kəndlərimizdə İran nömrələri işlədirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, kənddə yerli mobil opertor stansiyaları olmadığı üçün telefonlarda şəbəkə tutmur. Bu səbəbdən sakinlər rabitədə ciddi çətinliklərlə rastlaşırlar. Onlar danışmaq üçün hündür ərazilərə çıxmalı olurlar. Bu da çox vaxt kömək etmir. Çünki kəndin bir neçə kilometrliyində İranın mobil operatorları stansiyalar quraşdırıb. Məhz bu səbəbdən də, nömrələr dərhal rominq xidmətinə keçir və danışıq baha olur. Bu səbəbdən də, sakinlərin çoxu İran nömrələrindən istifadə edirlər.

Sakinlərin sözlərinə görə, balansa pul yükləmək lazım olanda İrandakı dostlarına zəng edirlər, yaxud da ora gedib danışıq kartları alırlar.
Qeyd edək ki, movcud problem rayonun Kövüzbulaq kəndində də yaşanır. (ölkə.az)

Kəndlərimizdə İran nömrələri işlədirlər

Kəndlərimizdə İran nömrələri işlədirlər

İnterpress.az