Balakəndə 2 yaşlı uşaq niyə yandı?backend

Balakəndə 2 yaşlı uşaq niyə yandı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rayonun Tülü kənd sakinləri AzNews.az-a bildiriblər ki, yanan ev Səltənət Məmmədova deyil, Yusif Məhəmməd oğlu Məmmədova məxsus olub:

“Yusif Məmmədov Səltənət xanımın kürəkənidir. Havaların şaxtalı keçməsi ilə əlaqədar onların evinə gələn su turbaları donub. Turbaları açmaq üçün dekabrın 23-də axşam saatlarında bütün ailə həyətə düşüb. Onlar həyətdə olan zaman evdə yanğın başlayıb. Alovun qarşısı alınana kimi evdə 2-3 yaşlarında olan uşaq yanaraq kül olub.”

Sakinlərin bildirdiyinə görə, Yusif Məmmədova məxsus olan evin hansı səbəbdən yanması hələ məlum deyil:

“Hazırda bununla bağlı araşdırmaya başlanılıb.”

İnterpress.az