İnterpress.az xəbər verir ki, Ayna.az saytının baş redaktoru Elçin Şıxlı Moderator.az-a açıqlamasında medianın 2017-ci ildəki durumu ilə bağlı bədbin proqnozlar səsləndirib. Tanınmış media mütəxəssisinin fikrincə, media sektorundakı vəziyyətin qarşıdakı ildə yaxşılaşacağı ilə bağlı müsbət fikir söyləmək üçün əsas yoxdur:
“Media ilə bağlı vəziyyətin 2017-ci ildə qismən də olsa yaxşılaşacağına ümid etmək olmaz. Çünki bunun üçün heç bir əsas yoxdur. Optimist olmaq üçün ortada hər hansı bir dəlil, cəhd, hərəkət olmadığı təqdirdə vəziyyətin yaxşılaşacağına ümid etmək doğru deyil. Bu gün belə bir optimistlik üçün əsas yoxdur. Əgər sabah nə isə müsbət bir dəyişiklik baş verər, müsbət bir addım atılarsa, o zaman yaxşı nəyəsə ümid etmək olar”.
İnterpress.az