İnterpress.az \”Vesti Ru\”ya istinadən xəbər verir ki, Donald Trampın fikrincə, BMT Təhlükəsizlik Şurasının İsraildən işğal olunmuş ərazilərdə məskunlaşdırma fəaliyyətini dərhal dayandırmağı tələb edən qətnaməsi yəhudi dövləti ilə Fələstin arasında sülh danışıqları prosesini mürəkkəbləşdirəcək.
“İsrailin BMT-də dünənki böyük məğlubiyyəti sülh barədə danışıqları xeyli mürəkkəbləşdirəcək” – Tramp “Twitter” səhifəsində belə yazıb.
“Çox pisdir, amma biz hər halda buna nail olacağıq”, – deyə o əlavə edib.
İnterpress.az