İnterpress.az-ın məlumatəna görə, Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev \”Xəzər xəbər”ə bildirib ki, ilin yarısından tədris planında dəyişiklik edilməsini düzgün deyil: \”Bildirir ki, bu həm də müəllimlərin dərs saatının azalması deməkdir və maaşlara təsir edəcək. Sözügedən kurs, adından da göründüyü kimi, şagirdlərə hansısa fənni yox, ümumilikdə hər sahəyə aid bilikləri öyrədir. Belə bir kursun ləğvi də düzgün deyil”.
Təhsil Nazirliyindən bildiriblər ki, dəyişikliyin məqsədi məktəblərdə təlim-tərbiyə prosesini ağırlaşdıran amillərin aradan qaldırılmasını və şagirdlərin həftəlik təlim yükünün optimal tənzimlənməsini, habelə beşgünlük tədris həftəsinin tətbiqində səmərəliliyin artırılmasını tətbiq etməkdir.