İnterpress.az-ın “Ria Novosti”yə istinadən verdiyi məlumata görə, Nikolay Lukaşenko prezident olduğu təqdirdə həyatının çox maraqsız olacağını söyləyib.
“Doğrusu, prezident olmaq istəməzdim. Bu, çox ağır həyat olacaq. Buna hazır olduğuma əmin deyiləm”, – Belarus liderinin oğlu vurğulayıb.
Nikolay gələcək karyerasını hələ seçmədiyini, həkim və ya hərbçi olmaq haqqında düşündüyünü dilə gətirib.
İnterpress.az