İnterpress.az xəbər verir ki, Millət vəkili Astan Şahverdiyevin \”Rusiyaya işləməyə gedənlər kimlərdir? Bizim cəmiyyətin \”otxod”larıdır” sözləri cəmiyyətdə böyük rezonans doğurub.
Əhali deputatın onların Rusiyada işləyən qohum-əqrabalarını təhqir etdiyini, bu səbəbdən üzr istəməli olduğunu düşnür. Hətta \”Facebook” sosial şəbəkəsində millət vəkilinə qarşı kampaniya da başladılıb. Onun üzr istəməsi tələb edilir.
BakiPost.az-ın əməkdaşı məsələ ilə bağlı millət vəkilinin özü ilə əlaqə saxlayıb. O, bu ifadəni istəmədən işlətdiyini bildirib: \”Cəbrayıllılarla bağlı baş verən insidentdən sonra mənə \”Azadlıq radiosu”ndan zəng vurmuşdular. Orada yaralanan polisləri görəndən sonra çox əsəb, stress keçirmişdim. Gələn zəng o ana düşüb və istəmədən belə bir ifadə işlətmişəm. Təəssüf edirəm ki, ehtiyatsızlıq ucbatından işlətdiyim fikirlər insanları incidib. İşlətdiyim ifadənin cəmiyyətdə bu qədər rezonans yaradacağını bilməzdim. Əlbəttə ki, burada şəxsən mənə qarşı olan məsələlər də ortalığa çıxıb. Bu məsələnin haradan qaynaqlandığını da təxmini edirəm. mən elə demək istəməmişəm. Məqsədim insanları incitmək, təhqir etmək olmayıb. Mən bilirəm ki, Avropada, Rusiyada Azərbaycan xalqını yüksək səviyyədə təmsil edən iş adamları var. Onlarla da şəxsən tanışam. Amma bir tərəfdən də etiraf etmək lazımdır ki, xalqımıza layiq olmayan tərzdə də təmsil olunuruq. Bu yaxınlarda Tümen şəhərindən olan bir nəfər alim mənə dedi ki, \”sizin adamlar bazar adamlarıdır”. Mən həmin vaxt lazımi səviyyədə onun cavabını verdim”.
Astan Şahverdiyev qeyd edib ki, fikrilərini düzgün ifadə edə bilmədiyi üçün özünü qınayır: \”Fikirlərimi düzgün ifadə edə bilməmişəm. Bu səbəbdən təəssüf hissi keçirirəm. İstədəmədən işlətdiyim ifadə belə alınıb”.
Qeyd edək ki, dekabrın 22-də axşam saatlarında Biləsuvarda məskunlaşan məcburi köçkünlər etiraz aksiyaları keçiriblər. Cəbrayıl rayonundan olan köçkünlər qəsəbələrə verilən elektrik enerjisinin tez-tez kəsilməsinə etiraz ediblər. Əraziyə polis qüvvələri cəlb olunub. Vətəndaşlarla polis arasında qarşıdurma baş verib. 9 polis əməkdaşı yaralıb. Aksiyada fəallıq edən şəxslər saxlanıblar, onlar barəsində cinayət işi açılıb.
Deputat Astan Şahverdiyev isə bu məəsləyə münasibət bildirərkən narazılığa səbəb olan ifadələr işlədib. Həmin müsahibəni aşağıdakı linkdən oxuya bilərsiniz.
İnterpress.az