Komitə iş adamlarına müraciət etdibackend

Komitə iş adamlarına müraciət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Komitədən İnterpress.az-a daxil olan məlumatda bildirilir ki, şəxsi biznesə yatırılan investisiya qarşılığında hazır infrastrukturu, avadanlıqları və tikililəri olan dövlət müəssisəsinin yeni sahibinə çevrilə bilmək mümkündür. Dövlətin əsas hədəfi özəl investisiyalar hesabına iqtisadi aktivliyin yüksəldilməsi, müəssisələrin fəaliyyətinin canlandırılması, yeni avadanlıq və texnologiyaların tətbiqi, habelə yeni iş yerlərinin açılmasından ibarətdir.

İnvestisiyanın həcmindən və icra olunacaq layihənin xüsusiyyətindən asılı olaraq dövlət büdcəsinə ediləcək ödənişlərə müəssisənin bazar dəyəri ilə müqayisədə böyük güzəştlərin tətbiqi nəzərdə tutulur.

Qeyd olunmalıdır ki, hər hansı müəssisənin özəlləşdirilməsinə maraq yaranarsa təşkilatlararası müsabiqə komissiyası tərəfindən ən az 30 gün əvvəl satış şərtlərini özündə əks etdirən elan verilməklə bütün iddiaçılara bərabər hüquqlu şərait yaradan şəffaf müsabiqə proseduru icra ediləcək.

İnterpress.az