Liseyin fəal şagirdlərinin təşəbbüsü ilə hazırlanmış mərasim Azərbaycanın və Türkiyənin dövlət himnlərinin oxunması ilə başlayıb. Daha sonra mərhum Ali Devrimin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış edən liseyin müdiri Musa Ediz öncə mərhum barədə ümumi məlumat verib.
Ali Devrimlə bağlı xatirələrini də dilə gətirən Musa Ediz deyib ki, Ali Devrim Azərbaycanı o qədər çox sevirdi ki, hətta səhhətində yaranan problemləri belə arxa plana qoymuşdu: “O ömrünü Türk dünyasına, Azərbaycana həsr etmiş biri idi. Bakı Atatürk Liseyi üçün, bu məktəbin şagirdləri üçün gecə-gündüz çalışdı. Sizlər, liseyin şagirdləri öz bilik və bacarıqlarınızla daim öndə olmalı, qazandığınız uğurlarla Ali Devrim Hocamızın ruhunu şad etməlisiniz\””.
Mərasimdə, həmçinin məktəbin şagirləri Zəhra Şabili, Qənirə Məmmədli, Şəmsiyyə İsmayıllı, Sevinc Məmmədova və Fidan Abbasova Ali Dverim haqqında hazırladıqları yazı və şeirləri oxuyublar. Daha sonra Ayan Məmmədli \”Ayrılıq\” mahnısını ifa edərək dəyərli Ali Devrim Hocanın ruhuna ithaf edib.
Sonda Zümrüd Hüseynli, Səbinə Hüseyn, Aydan Qasımlı və Çilənay Rzasoylunın Ali Devrimlə bağlı hazırladıqları video-çarx nümayiş olunub.
İnterpress.az