İnterpress.az xəbər verir ki, bunu prezident Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın deyib.
“Bizim terrorçulara qarşı Əl-Babda apardığımız əməliyyatlara beynəlxalq koalisiya havadan dəstək verməlidir. Lazımi dəstəyin verilməməsi qəbuledilməzdir”, – deyə o söyləyib.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri avqustun 24-dən müxalif Azad Suriya Ordusu ilə birlikdə Suriyanın şimalında “Fərat qalxanı” adlı əməliyyata başlayıb. İndiyədək bu əməliyyatlarda 38 türk hərbçisi həlak olub.
İnterpress.az