Bu barədə güc strukturlarındakı mənbə Rusiya mediasına danışıb. Onun sözlərinə görə, bunu təyyarənin quyruğunun qopması da təsdiqləyir:
“Dalğıclar təyyarənin qanad və quyruq hissələrini tapıblar. Tapılan hissələr təsdiqləyir ki, komandir təyyarəni suya endirməyə çalışıb”.
Qeyd edək ki, 25 dekabrda Moskvadan Suriyaya uçan Tu-154 təyyarəsi qəzaya uğrayıb və Qara dənizə düşüb. Göyərtədə olan 92 sərnişin və ekipaj üzvünün hamısı həlak olub.
İnterpress.az