Interpress.az xəbər verir ki, əməkdaşlar ixtisarların ədalətsiz şəkildə aparılmasından narazıdır.
Qeyd edək ki, bir neçə gün öncə mərkəzə məxsus “Aydın yol” qəzeti də bağlanıb. Məlumata görə bu hadisənin ardınca mərkəzin bəzi şöbələrində də ixtisarlar planlaşdırılır. Hansı ki, bu plana əsasən mərkəzin şöbələrində çalışan zəhmətkeş işçilərə “Gələn ildən işə gəlməyin” deyilib, ancaq onlara qurumdan niyə uzaqlaşdırıldıqlarının səbəbi izah edilməyib.
Verilən məlumata görə, Tərcümə Mərkəzi ilə uzaqdan əməkdaşlıq edib, ştatda sayılan “kölgə işçilər” ixtisara düşməyib. Onlar növbəti ildə də fəaliyyət göstərəcəklər.
A24.Az -ın əməkdaşı mərkəzlə əlaqə saxlasa da, hələki rəhbərlik müxtəlif səbəblər gətirərək bu barədə məlumat verməkdən imtina edir.
Interpress.az