Səfiri öldürən terrorçu ilə bağlı yeni Dosyebackend

Səfiri öldürən terrorçu ilə bağlı yeni Dosye

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova sui-qəsd təşkil edən polis məmuru Mövlud Mərd Altındaşın əlaqələrinin müəyyənləşdirilməsi üçün aparılan araşdırmalar zamanı ortaya yeni detallar çıxıb.

Altındaşın polis dostu S.B ilə eyni ildə Polis Məslək Yüksək Məktəbində girdiyi, imtahan zamanı bir-birinə yaxın sualları doğru cavablandırıb, imtahanı qazandıqları məlum olub. İmtahan zamanı Altındaşın 82, S.B-nin isə 83 suala düzgün cavab verdiyi müəyyənləşib. İki dostun imtahan suallarına eyni cür səhv cavab verməsi də diqqət çəkib. Prokurorluqdakı qaynaqlar S.B-nin terror təşkilatı ilə əlaqələrinin Altındaşdan daha güclü olduğunu müəyyənləşdirib. Altındaşın böyük bacısı Seher Ö. “Hürriyyet” qəzetinə açıqlamasında “Gəzirdik, parka gedirdik, amma hər zaman S.B ilə birlikdə” demişdi.

Ankara şəhər Baş Prokurorluğunda gedən istintaq zamanı Altındaşın telefonla ən çox danışdığı şəxslərin kimliyi də müəyyənləşib. Nəticələrə görə, onun ən çox danışdığı şəxs Şanlıurfadakı FETO soruşdurması zamanı həbs edilən bir komissar imiş.

Bu arada Altındaşın telefon qeydləri vasitəsilə təsbit edilərək saxlanan sevgilisinin ifadəsi ilə bağlı bəzi detallar da üzə çıxıb. Sevgilisi ifadəsində deyib: “Onun təşkilatla hər hansı bağının olması ilə bağlı məlumatım yoxdur. Onsuz da çox danışmazdı. Adətən içinə qapanıq yaşayardı. Onsuz da mən də ondan çox xoşlanmazdım”.

İstintaq çərçivəsində sui-qəsdçi ilə eyni evdə yaşayan S.Ö-nün iyul və sentyabr aylarında PGS Hüquq Bürosunda stajer olaraq çalışdığı məlum olub. Büronun qurucusu vəkil Abdulla Polad dünənki yazılı açıqlamasında bildirib ki, S.Ö-nün büro ilə hər hansı əlaqəsi olmayıb: “PGS Hüquq Bürosunun tək sahibi özüməm. Ofisimizlə əlaqəsi olmayan bir nəfərə görə adımızın ləkələnməsi bizi narahat edir. Hüquq-mühafizə orqanları nümayəndələri büromuza gələrək lazımi araşdırmanı aparıblar və yanlış anlaşılmaya görə qapatdıqları ofisimizdən möhürü götürüblər, üzr də istəyiblər. FETÖ/PDY terror təşkilatının etmək istədiyi cəhdlər olduqca gülüncdür. Barəmizdə yayılan yalan və iftira xarakterli xəbərlərə görə lazımi qanuni yollara müraciət edəcəyik”.

Onun telefon siqnalı sonuncu dəfə MKİ ofisinin ətrafında itib.Onun FETÖ terror təşkilatı və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ilə bağlantıları olduğu müəyyən edilib. Araşdırmalar zamanı müəyyən edilib ki, qatil FETÖ üzvlərinin xəbərləşdiyi “ByLock” sistemində 6-sı qırmızı, 2-si narıncı kateqoriyada yer alan istifadəçilərlə görüşüb.
Altındaşın FETÖ-nün “yatan hücrə”lərində sui-qəsdçi qrupunda olduğu, qatilə “Əl-Nusra” terrorçu qruplaşmasına bağlı olduğu görüntüsü yaratmaq barədə göstəriş verildiyi təsbit edilib.

Bundan başqa, 18 nəfərdən ibarət Rusiya heyətinin araşdırmaları zamanı ilginc detallar məluma olub. “Təqvim” qəzetinin Rusiya kəşfiyyatında xidmət edən general-leytenantdan əldə etdiyi xəbərə görə, rus müstəntiqlər Altındaşın telefonunda 4 mərhələli təhlükəsizlik kodu aşkar edib. 4 şifrəni də qıran mütəxəssislər qatilin keçmişinə dair bütün hərəkətlərini addım-addım müəyyən ediblər.

Belə ki, sui-qəsdçi FETÖ-yə qarşı keçirilən əməliyyatlar zamanı həbs edilən polis müdiri Qəhrəman Sezərdən iki günlük icazə alıb və iş saatı bitəndən sonra 510 kilometr yol qət edərək Ərbilə gedib. Kəşfiyyat məlumatlarına görə, Altındaşın telefon siqnalı sonuncu dəfə Ərbildə hökumət binasının yaxınlığında yerləşən MKİ ofisinin ətrafında itib.

Telefondan 7 saat siqnal gəlməyib. Bu müddət ərzində əksər xüsusi xidmət orqanlarının ofisi olan Ərbildə Altındaşın kimlərlə görüşdüyünü müəyyən etmək hələlik mümkün olmayıb. 7 saatdan sonra sui-qəsdçinin telefon siqnalı aktivləşib və o Ankaraya qayıdıb.

Bu arada Andrey Karlovun ölüm işi ilə bağlı Türkiyəyə gələn rusiyalı komissiya heyəti Respublika Baş Prokuroru Nəcib Cemlə görüşüb. Rusiyalı rəsmilər Ankara Ədliyyəsinə gəliblər. Türkiyəli prokurorla rusiyalı nümayəndələrin görüşü 1 saat davam edib. Görüşdə kəşfiyyat mübadiləsi aparılıb və istintaqın koordinasiyalı bir şəkildə aparıldığı da qeyd edilib. (musavat)

İnterpress.az