Bu barədə “Report”a Sabunçu Rayon Prokurorluğundan məlumat verilib.
Belə ki, Bakı şəhər sakini, 1951-ci il təvəllüdlü Ramana qəsəbə sakini Mirrəhim Mehdiyevin meyiti yaşadığı evin zirzəmisində elektrik naqilindən asılmış vəziyyətdə tapılıb.
Onun intihar etdiyi müəyyənləşdirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. İntiharın səbəbləri araşdırılır.
İnterpress.az