Futbolçu Karlos Tevezin toy günü evi qarət olunubbackend

Futbolçu Karlos Tevezin toy günü evi qarət olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, 32 yaşlı ulduz futbolçusu Karlos Tevez sinf yoldaşı ilə evlənib. Karlosun Uruqvayda keçirilən toyunda futbolçu dostları, tanınmışlar və Argentina Prezidenti Maurisio Masri də iştirak edib. Lakin həmin gün məşhurun başına xoşagəlməz hadisə gəlib. Belə ki, ulduzun Buenos-Ayresdəki evi qarət olunub. Hadisəni aydınlaşdırmaq üçün Karlos Tevez Uruqvaydan Buenos-Ayresə qayıdıb. Lakin sonradan xanımı ilə Meksikaya bal ayına yollanıb.
Qeyd edək ki, çox sevilən futbolçu bu yaxınlarda inanılmaz transfer təklifi alıb. Çin Liqasında yer alan \”Şanxay Şenhua\” ulduz futbolçuya həftəlik 762 min dollar təklif edib. Əgər Karlos təklifi qəbul edərsə, hazırda dünyada ən çox qazanan futbolçu olacaq.
“Boka Xuniors” klubu Tevezə getməməsi üçün çağırışıb edib.
Qeyd edək ki, Karlos Tevez əvvəllər “Vest Ham”, “Mançester United”, “Mançester City” və “Juventus” kimi komandalarda oynayıb.

İnterpress.az