Trampın andiçməsində kütləvi iğtişaşlar ola bilərbackend

Trampın andiçməsində kütləvi iğtişaşlar ola bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, New York Times qəzetinin yazdığına görə, inauqurasiya günü təhlükəsizliyin təmin olunmasına 30-dan çox xidmət orqanı cəlb ediləcək. Təhlükəsizlik tədbirlərinin təqribən 100 milyon dollara başa gələcəyi gözlənilir. Hakimiyyət orqanları bildirirlər ki, prioritet vəzifə Donald Trampın tərəfdarları və əleyhdarları arasında toqquşmaların qarşısını almaqdır.

Seçki kampaniyasının gedişində artıq belə hallar baş verib. Bununla yanaşı, xarici və yerli ekstremistlərdən gözlənilən təhlükə də ən çox narahatlıq doğuran məsələlər sırasında yer alır.

Yeni seçilmiş prezidentin inauqurasiyası yanvarın 20-də Vaşinqtonda Kapitoli binasında keçiriləcək. Qəzetin verdiyi məlumata görə, mərasimdə iki milyondan üç milyonadək insan iştirak edəcək. (azərtac)

İnterpress.az