MTN bandası 2.8 milyonluq qurğularla kimləri dinləyib?backend

MTN bandası 2.8 milyonluq qurğularla kimləri dinləyib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bildirib ki, nazirin imzaladığı tələbnaməyə əsasən nömrələr dinlənilib: “Bizim idarənin hər hansı məhkəmə qərarı tələb etmək ixtiyarı olmayıb.

Bir çox dövlət qurumları – Gömrük Komitəsi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti də bizə telefon dinləmələri ilə bağlı müraciətlər edib. Tağı Əhmədovun da telefonu nazirin tələbnaməsi əsasında dinlənilib”.

İnterpress.az xəbər verir ki, Politika.az-ın məlumatına görə, təkcə keçmiş metro rəisi yox, bir çox vəzifəli şəxslər dinlənilib. Onların arasında komitə sədrləri, deputatlar, nazirlər və müavinlərinin olduğu bildirilir.

Məsələn, 2009-cu ildə xəbər yayılmışdı ki, nəqliyyat naziri Ziya Məmmədovu Milli Təhlükəsizlik Nazirliyində (MTN) dindiriblər.

Dindirmə nazirin İçərişəhərdəki “Meridian” otelində yaxın ətrafı ilə məxfi görüşü ilə əlaqədar olub. Xatırladaq ki, iş adamı Eldar Əliyev Z.Məmmədovun özünə məxsus “Meridian” otelində yaxın ətrafı ilə keçirdiyi toplantını dinlətdirib.

Sonra isə bu toplantıda səslənən fikirlərin, orada alınan önəmli qərarların bir hissəsi media vasitəsilə geniş ictimaiyyətə çatdırılıb.

Məlum olub ki, Z.Məmmədovun başçılığı ilə keçirilən gizli toplantıda nazirin əlində olan maddi və inzibati imkanlardan istifadə edərək onun və ətrafının ölkənin siyasi sistemində daha ciddi şəkildə oturuşmasını təmin etmək qərarlaşdırılıb.

İnterpress.az

Beləliklə, keçmiş MTN şefi yüksək vəzifəli məmurları dinləyib. Məlumatlara görə, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun işdən çıxarılması, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində həbslərin həyata keçirilməsi də bununla bağlıdır.

Lakin vəziyyət iş adamının düşündüyü macəraya yönəlməyib. Z.Məmmədovun MTN-ə müraciətindən sonra E.Əliyev tutulub.

Z.Məmmədov MTN-də bu məsələ ilə bağlı dindirilib. Dindirmədən sonra isə onu E.Əliyevlə üzləşdiriblər. Üzləşmənin detallarını gəlincə isə qeyd olunur ki, iş adamı naziri şantaj etmədiyini deyib.

Politika.Az-ın məlumatına görə, 2 milyon 872 min dollar İsrailin “Allot Communications” firmasının hesabına göndərilib.

Buna səbəb isə Milli Təhlükəsizlik Nazirliyinin “Avropa Oyunları” öncəsi Azərbaycandakı operatorlarla danışıqlar, Facebook, Viber və Whatsapp yazışmalarını izləmək üçün İsraildən gətirtdiyi avadanlıqların alınması olub.

Yəni, MTN-nin şifarişi ilə A. Kərimov və MTN işçisi Riyad İsrailə gedərək bu şirkətlə görüşüblər. A.Kərimov rəhbəri olduğu “AKEY” MMC vasitəsilə bu işləri görüb.

Həmin şirkətin texniki direktoru Cəmil Abdulayev istintaqa ifadəsində bu barədə məlumat verib və bildirib ki, İsraldəki görüşdə o da iştirak edib.

Həmin avadanlıqlar alınıb ölkəyə gətirildikdən sonra Azərbaycanda “Delta Telecom”, “Azərtelecom”, “Azercell”, “Bakcell” və “Azerfon” şirkətlərində MTN avadanlıqları üçün ayrılmış ayrıca otaqda quraşdırılıb.

MTN naziri 2.8 milyonluq dinləmə cihazını niyə alıb sualının cavab təkcə Tağı Əhmədovun dinlənməsi ilə aydındır.

Politika.Az-ın məlumatına görə, yüksək vəzifəli məmurlar bir-birlərilə bu \”4 nömrə\” ilə əlaqə saxlayırlar. Məlumatlarda deyilir ki, sözügedən rabitə xətti Eldar Mahmudov və dəstəsinin nəzarətində olub.