İnterpress.az xəbər verir ki, Şital Yadav adlı şəxs fabrikin qablaşdırma şöbəsində çalışır və ayda 5 min rupi maaş alır. 18 dekabrda bank hesabından pul götürəndə orda milyard rupiyə yaxın vəsait olduğunu görüb. Qadın öz gözlərinə inanmayıb və növbə ilə qonşularından hesabındakı pulun məbləğini oxuyub təkrarlamağı xahiş edib. Soruşduğu hər kəs ona hesabında bu məbləğdə pulun olduğunu təsdiqləyib. Yadav başqa bir bankomata gedərək, bu rəqəmi bir daha təsdiqlədib. Qadın daha sonra banka müraciət edərək bu məsələnin araşdırılmasını tələb edib. İki gün boyunca heç kim onun şikayətinə cavab verməyib.
Daha bir neçə cəhdinə də mənfi cavab veriləndən sonra Yadav əri ilə birlikdə hökumətin başçısına bu barədə yazıb. Ər-arvad israr edirlər ki, bu pullar onlara məxsus deyil və ola da bilməz. Bu olayın yanlışlıq olduğunu sübut edən bir başqa məqam isə odur ki, qadına məxsus bank hesabında 50 mindən artıq vəsait saxlamaq mümkün deyil.
Qadın hökumət başçısından bu problemin həlli ilə bağlı yardım istəyib.
İnterpress.az