İnterpress.az xarici mediaya istinadən xəbər verir ki, dövlət katibi “iki dövlətli” həllin israillilər və fələstinlilər arasında ədalətli və daimi sülhün təmin edilməsinin tək yolu olduğunu deyib.
Kerri həmçinin bildirib ki, BMT Təhlükəsizlik Şurasında İsraillə bağlı verilən qərar ABŞ dəyərlərinə uyğundur.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası dekabrın 24-də İsraildən Fələstin ərazilərində yaşayış məskənlərinin inşasına son qoymağı tələb edən qətnaməni qəbul edib. Sənəddə həmçinin qeyd edilir ki, tərəflər dinc əhaliyə qarşı zorakılıq aktlarının qarşısını almaq üçün addımlar atmalıdır, Fələstinin yekun statusu ilə bağlı etibarlı danışıqların başlamasına səy göstərməlidirlər.
İsrailin səylərinə baxmayaraq, ABŞ veto hüququndan istifadə etməyib.
İnterpress.az