Bu fikirləri Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Azərbaycanın xalq şairi, ictimai-siyasi xadim Sabir Rüstəmxanlı Ölkə.Az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, dövlət müstəqilliyini yetişdirən, onun üçün çalışan böyük mətbuat ordusu, ziyalılar, sadə insanlar var ki, bu gün həmin şəxslər unudulmamalıdır:
“Milyonlarla insan bunun üçün əziyyət çəkmişdi. Əslində bizim müstəqilliyimiz barədə 1991-ci ildə avqust ayının 30-da bəyanat verilib, müstəqillik aktı isə həmin ilin oktyabr ayının 18-də qəbul edilib. Referendum isə dekabr ayında keçirilib. Ona görə də, hər üçünün tarixi əhəmiyyəti var”.
İnterpress.az