İnterpress.az-ın “Röyters”ə istinadən verdiyi xəbərə görə, Ərdoğan bu imkanı əldən buraxılmamasının vacibliyini qeyd edib: “Mən atəşkəsin əldə olunmasında, Rusiya da daxil olmaqla, bütün tərəflərə təşəkkür edirəm”.
Ərdoğan Astanada keçiriləcək müzakirələrin Cenevrə danışıqlarını tamamlayacağını qeyd edib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin bundan əvvəl Suriyadakı münaqişə tərəflərinə danışıqlar prosesini Astanada keçirilməsinin təklif olunması barədə Ərdoğanla razılığa gəldiyini bildirib.
Rusiya prezidenti Vladimir Putin bundan əvvəl Suriyada münaqişə tərəfləri arasında atəşkəsin bərpa olunması ilə bağlı razılaşma imzalandığını bildirib.
O bildirib ki, münaqişə iştirakçıları sülh danışıqlarına başlamağa hazırdırlar: “Ümumilikdə 3 sənəd imzalanıb. Birincisi Suriya hökuməti ilə silahlı müxalifət arasında atəşkəsin elan olunmasına dair sənəddir. İkincisi atəşkəs rejiminə nəzarətlə bağlı tədbirlər kompleksidir. Üçüncüsü isə Suriya münaqişəsinin həlli ilə bağlı sülh danışıqlarına başlamağa hazırlıqla bağlıdır”.
İnterpress.az–