İnterpress.az \”Ria Novosti\”yə istinadən xəbər verir ki, ABŞ ölkədən 35 rus diplomatı və onlara yaxın olan şəxsləri ölkədən çıxarıb.
Xatırladaq ki, prezident Obama Rusiyanın kiberhücumuna qarşı dekabrın ortalarında cavab verəcəyinə söz vermişdi.
Prezidentin bu qərarını FBİ və MKİ də dəstəkləyib.
Amerikanın xüsusi xidmət orqanlarının rəyi budur ki, Rusiya təkcə Trampın qələbəsi naminə deyil, həm də ABŞ-ın seçki sistemini dünya ictimaiyyəti qarşısında pozmaq olub.
Qeyd edək ki, ABŞ ölkədəki ruslara qarşı digər sanksiyalar da tətbiq edib. İrəliləyən saatlarda o barədə də ətraflı məlumat təqdim edəcəyik.
İnterpress.az