DYP-dən sürücülərə daha bir XƏBƏRDARLIQbackend

DYP-dən sürücülərə daha bir XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu sözləri Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov açıqlamasında deyib.

Vaqif Əsədov Yeni il və 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təşkil olunacaq tədbirlərin keçirildiyi yerlərin nəzarətə götürüləcəyini bildirdi.
“ Xüsusilə də tədbirlərin keçirildiyi ərazilərdə tövsiyyə edirik ki, şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilsin. Həmin ərazilərdə avtomobillərin park edilməsinin mümkünsüzlüyü var. Bu baxımdan sürücülər bunları nəzərə alsınlar və sıxlıq, tıxac yaranmasın. Həmçinin sürücülər Dənizkənarı Bulvar boyu, Neftçilər prospektində də avtomobillərin park edilməsinin mümkünsüzlüyünü nəzərə alsınlar. Yalnız həmin ərazidə Azadlıq meydanında yeraltı avtomobil duracağından istifadə etsinlər”.
Şöbə rəisi həmçinin sürücüləri bayram günlərində sərxoş halda avtomobilləri idarə etməməyə çağırıb.
“ Daha yaxşı olardı ki, sürücülər sürət həddini də minimuma endirsinlər. Avtomobillərin siqnallarından istifadə edib, istirahət edən şəxslərin narahatçılığa səbəb olmasınlar. Mənə elə gəlir ki, bayram günlərində həmrəyliyimizi qorumalıyıq. Həmçinin mən Yeni il və 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bütün vətəndaşlarımızı təbrik edirəm. Hər bir hərəkət iştirakçısının yolu uğurlu və nurlu olsun”.

İnterpress.az